Əbülfət MƏDƏTOĞLU: YAŞA
Heç fikir vermisənmi -
Kirpikdə donan yaşa?!
Sonra da al yanağa -
Sakitcə qonan yaşa...
Mənim sevgim havadı
Cənnətdəki səfadı...
Bir ömürlük vəfadı -
Başına dolan, yaşa!..
Bəxt payı var - otun da!
Bir qurunun odunda -
Gülmə, saxla yadında -
Alışıb . solan yaşa...
Bu ömürdü - bitən , bu
Göyərtmədin səpib su!..
İndən belə quru yu -
Əbülfəti, sər, yaş ha!..