adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 May 2020 21:47
16131
MƏMLƏKƏT
A- A+

Qusarlı qadın həyətində müxtəlif növ heyvanlar bəsləyir - VİDEO

Qusar sakini həyətində 10-dan çox it, 20-yə yaxın pişik saxlayır.

Baku.Tv xəbər verir ki, rayonun Zindanmuruqqışlaq kənd sakini Minarə Fətəliyevanın heyvanlara xüsusi sevgisi uşaq yaşlarından yaranıb.

İki övlad anası olan bu xanım hazırda ayrı yaşasa da, itlərini övladlarından ayırmır.

Müsahibimizin həyətində çöl heyvanlarına da rast gəlmək mümkündür. Həmçinin, müxtəlif quş növləri saxlayan xanım evində qarğa da bəsləyir.

Heyvanlara olan sevgisi sonsuz olan bu xanımın ən böyük arzusu həyətində gələcəkdə mini zoopark yaratmaqdır.