adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 May 2020 20:08
43349
ŞOU-BİZNES
A- A+

Kərim Abbasov: “Maddi sıxıntılarım olanda bankir bacanağıma zəng vururam”

"Bu gün heç kimə ağız açmaram. Müğənnilər arasında dostum olsa da, onlardan pul istəmərəm”.

Oxu.Azxəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "ATV Maqazin 10larla” proqramında deyib.

Açıqlamaları ilə şou-biznesi alt-üst edən sənətçi maddi sıxıntı yaşayanda həmkarlarına deyil,bankir bacanağına ağız açdığını dilə gətirib:

"Qohumlarım içində ən kasıbmənəm. Bacanaqlarımdan biri qızıl biznesi, digəri isə avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğuldur. Bir bacanağımı isə bankir adlandırıram.

Maddi sıxıntılarım olandaona zəng vururam. Deyir ki, seyfin kodunu bilirsən, aç, sənə nə qədər lazımdırsa, götür. Allah bacanaqlarımın canlarına dəyməsin”.