adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 May 2020 19:44
18365
DÜNYA
A- A+

Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır

Gürcüstanda iyunun 1-dən etibarən iri ticarət mərkəzləri, mağazalar və müştəriləri açıq havada yerləşdirmək imkanı olan restoranlar açılacaq.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Georgi Qaxariya deyib.

İyunun 8-dən başlayaraq isə Gürcüstanda bütün restoranlar, hotellər, eləcə də şəhərlərarası nəqliyyat işləyəcək.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda mart ayında fövqəladə vəziyyət elan olunub. Mayın 22-də fövqəladə vəziyyət və komendant saatı ləğv edilib.