adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 May 2020 14:43
15684
DÜNYA
A- A+

Polşa prezident seçkiləri ərəfəsində

Polşanın baş naziri Mateuş Moraveski hesab edir ki, hazırki prezident Anjey Dudanın növbəti prezident seçkilərindəki məğlubiyyəti , ölkənin iflic vəziyyətinə düşməsinə səbəb ola bilər.

"Hökumətlə əməkdaşlıq edən ölkə başçısı, hazırki şəraitdə konket, effektli və tez qərar verən prezident olmalıdı. Böhran vəziyyətində hökumətlə sıx əməkdaşlıq edən prezidentin nə qədər funksional əhəmiyyət daşıdığının şahidi olduq"-deyə "Gazeta Polska" mətbu orqanına müsahibə verən Moraveski bəyan edib.

Baş nazir qeyd edib ki, əksəriyyəti müxalifət qüvvələrini təmsil edən parlamentin yuxarı palatası - senat, hazırki hakimiyyəti təmsil edən aşağı palata - seymin qəbul etdiyi qanunları ya bloklayır, ya da qəbulunu ləngidir.

"Təsəvvür edin ki, yeni seçiləcək prezidentdə bu cür qeyri-konstruktiv mövqe tutacaq və onda nələr baş verəcək. Hökumət vətəndaşlara lazımi köməkliklər etməkdən məhrum olacaq və ölkə iflic vəziyyətinə düşmək təhlükəsi ilə üzləşəcək" - deyə baş nazir bildirib.

Siyasi mübahisələr və pandemiya şəraitində hökumət və hakim partiya seçkilərə istənilən kimi hazırlaşa bilmədi. Koronavirusun tüğyan etdiyi bir şəraitdə hakim partiya və ona loyal olan "Ədalət" partiyası 10 may prezident seçkilərinin keçirilməməsi barədə qərar qəbul etdilər. İndi seymin spikeri qanunvericiliyə görə seçkilərin kemirilməsi üçün növbəti tarixi elan etməlidi.

Xatırladərıq ki, Polşada prezident kürsüsünə hazırki prezident Duda da daxil olmaqla 10 nəfər namizəd iddialıdı.

Rüstəm Hacıyev