adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 May 2020 13:00
44954
KRİMİNAL
A- A+

Şəkidə keçmiş məhkumdan narkotik aşkarlandı

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Əsədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 0,102 qram narkotik vasitə olan heroin və 365 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.