adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 May 2020 09:46
33854
ŞOU-BİZNES
A- A+

Xatun ilə Sevil və Sevinc arasında nə baş verir? - QALMAQAL

Bir müddət öncə müğənni Xatun Əliyevanın ATV kanalında yayımlanan "7 canlı” axşam proqramında şou-biznesin əkiz ifaçıları Sevil və Sevinc Səfərovalar barəsində verdiyi açıqlamalar yenidən gündəmə gəlib.

Belə ki, verilişdə ekranda nümayiş olunan əkiz bacıların fotosu Xatunu dilə-dişə salıb. Sevil ilə Sevincin şəklini görən sənətçi üz ifadəsini 180 dərəcədə dəyişərək, onlar barədə danışmaq istəmədiyini kəskin reaksiya ilə ifadə edib.

Oxu.Azxəbər verir ki, sözügedən şou proqramda qonaq olan əkizlər, Xatunun onlara qarşı etdiyi hərəkətləri bir kəlimə ilə belə şərh ediblər: "Biz ekranda heç bir şey görmədik”.

Əkizlər Xatunun hansı səbəbdən onlara qarşı belə bir addım atmasının izahını verə bilməyiblər.