adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 May 2020 09:42
11168
HADİSƏ
A- A+

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.