adalet.az header logo
  • Bakı 7°C
26 May 2020 09:00
54515
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: KEÇİR

Elə maraqsız olmuşam -
Külək də baxmayıb keçir...
ƏIlimi açdığım bulud -
Üstümə yağmayıb ...keçir...

Xəyalın çapan, ümidi
Tanrısın tapan ümidi...
Eləyib sapand, ümidi -
Bir daşa bağlayıb...keçir!

Bu halımı əzəl bilən
Məni sözdə , özəl bilən -
Dünənimi gözəl bilən -
Acıyıb, ağlayıb keçir...

Son gilədi üzə düşən
Axıb ordan dizə düşən...
Bu da odur - üzə düşən -
Nəfəsin saxlayıb...keçir...