adalet.az header logo
  • Bakı 7°C
25 May 2020 19:13
39310
MƏMLƏKƏT
A- A+

İlham Əliyev və Mehriban Əliyeva Pir Ömər Sultan ziyarətgahında

Prezidentİlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olublar.

AZƏRTACxəbər verir ki, hazırda Heydər Əliyev Fondunun layihəsi əsasında burada bərpa-konservasiya işləri aparılır.

Ziyarətgahda aparılan arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar aşkar edilib.