adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
25 May 2020 16:27
14244
GÜNDƏM
A- A+

Nizami Cəfərov: “Onun bir rektor kimi ən böyük uğuru ondan ibarətdir ki...”

"İnanıram ki, onun rəhbərliyi ilə BDU bundan sonra da çox böyük nailiyyətlərə imza atacaq”

Məlum olduğu kimi, Dünya Universitetlərinin Webometrics Reytinq (Webometrics Ranking of World Universities) siyahısını tərtib edən İspaniyanın Milli Tədqiqat Şurasının tərkibindəki Cybermetrics laboratoriyası 2020-ci il üçün dünya universitetlərinin reytinq siyahısına daxil olan universitetlərin ad və reytinqini açıqlayıb. Yeni reytinq siyahısında Bakı Dövlət Universitetinin (BDU) 154 pillə irəlilədiyi məlum olub. Həmçinin, BDU Azərbaycandan bu siyahıya daxil edilən 46 təhsil müəssisəsi arasında ilk pillədə qərarlaşıb.

Maraqlıdır, BDU-nun beynəlxalq reytinq cədvəlində birdən-birə 154 pillə irəliləməsi adıçəkilən təhsil müəssisəsindəki son bir ildəki inkişaf və tərəqqinin əyani nəticəsi, beynəlxalq təsdiqi sayıla bilərmi? BDU-nun bu uğurunu bütövlükdə Azərbaycan təhsilinin uğuru kimi qiymətləndirmək mümkündürmü?

Moderator.az-a açıqlama verən millət vəkili Nizami Cəfərov, BDU-nun beynəlxalq reytinq cədvəlindəki kəskin irəliləyişini yüksək qiymətləndirdiyini vurğuladı və bu məsələdə universitet rəhbərinin əməyinə diqqət çəkdi:

"BDU-nun beynəlxalq reytinq cədvəlində birdən-birə 154 pillə irəliləməsi olduqca böyük hadisədir və bu, Azərbaycan təhsilinin uğuru kimi qiymtləndirilməlidir. BDU Cümhuriyyət dönəmindəki böyük liderlərimiz, ziyalılarımız tərəfindən ciddi çətinliklərə baxmayaraq yaradılıb. Onun böyük tarixi var və BDU öz tarixi şöhrətini özünə qaytarmalıdır.

BDU-nun tarixində böyük uğurlar da, problemlər də olub. Nəzərə almaq lazımdır ki, BDU sadəcə Azərbaycan elminin, mədəniyyətinin deyil, Azərbaycan xalqının intellektinin simasıdır. Ona görə də bütün tarixi dövrləri gözdən keçirmək, təhlillər aparmaq və elə etmək lazımdır ki, universitetimiz xalqımızı sözdə deyil, işdə təmsil etsin.

Bizim rektorumuz Elçin Babayev bu yöndə cidid şəkildə çalışır və xeyli iş görüb. Elçin Babyaevin əsas xidməti ondan ibarətdir ki, o, universitetin ruhuna, həyatına daxil olub. Tələbələrlə də, müəllimlərlələ də yolaşlıq etməyə çalışır. Bununla da universitetin mümkün potensialını yüksəltməyə çalışır. O, beynəlxalq elmi əlaqələrə və zəngin təcrübəyə malikdir. Gənc və yaradıcıdır. Bütün fakültələrlə daim əlaqə saxlayır. Onların qağı və problemləri ilə maraqlanır, bunları daim diqqət mərkəzində saxlayır.

Güman edirəm ki, BDU-nun beynəlxalq reytinq cədvəlində yüksəlməsində Elçin müəllimin əməyinin mühüm rolu var. Arzu edirəm ki, Elçin Babayev bundna sonra da möhkəm dayansın. Qeyd etdiyim kimi, onun böyük təcrübəsi var. Təcrübə isə hər işdə, hər yerdə mühüm əhəmiyyəət malikdir. Beynəlxalq təcrübəni də mənimsəmək və onunla ayaqlaşmaq vacibdir.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev elmin, xüsusilə də universitet elminin qarşısına həm böyük vəzifələr qoyur, həm də ona böyük köməklik göstərir. Bu əlaqə və münasibətləri, eləcə də universitetin tarixini nəzərə alıb, BDU-nun nüfuzunu daha da yüksəltmək, yeni nailiyyətlər əldə etmək lazımdır.

Mən tələbə dönəmindən universitetdən heç vaxt ayrılmayan insanam. Artıq universitetin müəllimi kimi deyə bilərəm ki, BDU-nun potensialı çox böyükdür. Yeni gənclər gəlir. Müstəqilik dönəmindən bəri bir neçə nəsil gəlib. Bu potensialı hərəkətə gətirmək lazımdır. Bu potensialı inkişaf etdirmək lazımdır. Inanın ki, BDU Azərbaycanın indiki ictimai-siyasi inkişafı ilə ayaqlaşacaq gücə sahib olsa, dünyanın ən böyük, ən nəhəng universitetlərindən biri olacaq. Ona görə də beynəlxalq reytinq cədvəllərində yer qazanmaq vacibdir. Biz buna layiqik. Və inanıram ki, Elçin Babayevin rəhbərliyi ilə BDU bundan sonra da çox böyük nailiyyətlərə imza atacaq”.