adalet.az header logo
  • Bakı 7°C
25 May 2020 21:49
60963
KRİMİNAL
A- A+

Məhkum: “Azadlığa çıxanda 36 yaşım olacaq, mən o yaşda nə edəcəyəm?” - VİDEO

"Azadlığa çıxanda 36 yaşım olacaq, mən o yaşda nə edəcəyəm?Qapı ustası olsam da, öz qapımı özüm üzümə bağladım. Qapı nə etsin ki, günahkar mən olandan sonra?”

Bunu ARB TV-nin "Rezonans” proqramında Turqay Bədəlov öz həyat hekayəsini danışarkan deyib.

Turqay bildirib ki, atası rəhmətə gedəndən sonra Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndinə köçüblər:

"Usta kimi mebel qapılardüzəldirdim. İşimlə əlaqədar xırdavat satan bir nəfərlə münasibətim yarandı, sonra dost olduq. Bir gün bazardan gəlirdim, əlimdə mişar var idi.

Gəldim dostumun evinə. Mənə ad günü olduğunu deməmişdi. 4-5 nəfərlə birlikdə onun ad gününü evdə qeyd etdik. Gecə təxminən saat 12-1 radələri idi, çıxanda mişarı onlarda unutmuşdum.

Ertəsi günmişarı götürməyə gəldim. Adi bir şeyin üstündə mübahisə düşdü, söyüş söyməyə başladı. Məni vurmaq istədi. Gördüm ki, əlində bıçaq var. Çəkib bıçağı onun əlindən aldım, bıçaq əlimi kəsdi. Barmaqlarımın bir neçəsinin siniri kəsildi, hələ də hərəkət etdirə bilmirəm.

Bıçağı əlindən alandan sonra ona iki bıçaq vurdum. Öldürmək məqsədilə vurmadım, qapının qarşısında dayanmışdı, vurdum ki, çəkilsin, mən çıxım, qaçım. Mən onu öldürmək üçün vurmadım, düşünmədim ki, ölə bilər”.