adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 May 2020 20:47
37523
ŞOU-BİZNES
A- A+

Aysel Əlizadə: “Həyatımda heç kim yoxdur” - VİDEO

"Elə qız yoxdur ki, ailə qurmaqistəməsin. Bu, mən də daxil olmaqla, hər bir qızın arzusudur. Nişanlanmamışam, həyatımda da heç kim yoxdur”.

Oxu.Azxəbər verir ki, bunu müğənni Aysel Əlizadə "ARB” telekanalında yayımlanan "Hüseynova bacıları” şou proqramında deyib.

"Ailə quracağım insanın yaşı önəmli deyil. Amma qədəri var. Ailədə hər zaman danışanda deyirlər ki, kişi ilə qadın arasında 5-6 yaş fərq olmalıdır. Düşünürım ki, ailə quracağım bəylə eyni yaşdada ola bilərik. 5-6 il yaş fərqi ola bilər, amma bundan çox olmamaq şərtilə.

Bu il 30 yaşım tamam olacaq. 25 yaşına kimi ailə qurmaq haqqında düşünməmişəm. İki ildir ki, bu barədə fikirləşirəm, o istiqamətə yönəlmişəm. Ailə quracağım bəyin görünüşü önəmli deyil. Mən bir dəfə ailə həyatı qurmaq istəyirəm. Amma bilmək olmaz, sabah başıma nə iş gələ bilər. Elə bir şəxs olmalıdır ki, onunla həyatımı bölüşə bilim. Ailə quracağım insandan nəyisə öyrənmək istəyirəm. Həyat təcrübəsi olan bir bəy olmalıdır.

O ki qaldı ailə quracağım bəyin maddi vəziyyətinə, insan aza da, çoxa da qaneolur. Yetər ki, əl-ələ verib, nəyisə etməyi bacaran bir şəxs olsun yanımda. Ola bilər ki, maaşı az olsun. Amma görürsən ki, potensialıçoxdur. Bu gün az qazana bilər, bir ildən sonra hamıdan çox qazana bilər.

Vallah, yoxdur həyatımda heç kim. Bilmirəm, qorxurlar, yoxsa nə məsələdir(gülür)?”