adalet.az header logo
  • Bakı 7°C
25 May 2020 15:12
60813
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: TANRIMA SƏHƏR DUASI

İçimdə bir qəriblik
Bir susqun ümid sönür...
İlahi,ətəyindən -
Əllərim bomboş dönür...

Yalvarmağım havada
Dualarım diz altda...
Bu necə Tanrılıqdı -
Əl havada - biz, altda?!

Anlamıram heç nəyi,
Heç kim də məni duymur...
Tək Sənə ibadətdən -
Hələ ki, ruhum doymur...

Xilas da, son da Səndə
Bəndənə zaman ayır...
Bilirəm, əl açan çox -
Hamı da növbə sayır...

İlahi, öz lütfündən
Ümidimə bir qor at!
Ya ona sevməg öyrət,
Ya məni ilğıma qat!...