adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 May 2020 13:00
10469
SAĞLAMLIQ
A- A+

ABŞ Braziliyaya min ədəd süni tənəffüs cihazı göndərəcək

ABŞ Braziliyaya min ədəd süni tənəffüs cihazı göndərəcək.

Bu barədə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "ABŞ administrasiyası tibbi yardım kimi Braziliyaya min ədəd süni tənəffüs cihazı göndərir. ABŞ Braziliya hökumətinin ciddi səylərini (pandemiya ilə mübarizədə - red.) görür və tezliklə müdafiə və ticarət sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir".

Qeyd edək ki, daha əvvəl ABŞ son 14 gün ərzində Braziliyaya səfər etmiş əcnəbilərin ölkəyə girişinə qadağa qoyub.