adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 May 2020 11:17
49461
MARAQLI
A- A+

Fransa tarixində ilk - Transgender mer oldu

Fransada ilk dəfə qadın-transgender şəhər meri olub.

Yerli "La Voix du Nord” nəşrinin məlumatına görə, 55 yaşlı Mari Ko Tillua-Les-Marşen şəhərinin meri seçilib.

Ölkənin Milli transgenderlər assosiasiyasının təsisçisi Stefani Niko bildirib ki, Fransa tarixində bu bir ilkdir.

Qeyd edək ki, şəhərin cəmi 550 nəfər sakini var. Mari Koya şəhər sakinləri yox, 14 deputat səs verib.

Mer bildirib ki, onu transgender olduğu üçün seçməyiblər.