adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 May 2020 10:47
17252
SİYASƏT
A- A+

ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi

ABŞ koronavirus pandemiyası səbəbilə iyunun 10-u Vaşinqtonda keçiriləcək G7 sammitinin vaxtını dəyişib.

Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen deyib.

R.O'Brayen bildirib ki, sammit iyun ayının sonunda keçiriləcək. Onun sözlərinə görə, ABŞ rəhbərliyi ölkənin koronavirusun ən pik həddinə yaxın olduğunu və ya artıq pik həddində olduğuna ümid edir.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri əlavə edib ki, bütün tərəflər sammitin keçirilməsində maraqlıdır.