adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
25 May 2020 10:30
18685
İDMAN
A- A+

Futbol üzrə İtaliya çempionatının bərpa olunacağı vaxt bəlli oldu

Koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış futbol üzrə İtaliya çempionatı iyunun 13-ü və ya 20-si qaldığı yerdən davam edəcək.

Bunu İtaliyanın idman naziri Vinçentso Spadafora deyib.

V.Spadafora bildirib: "Biz A Seriyasının oyunlarının başlaması üçün iki mümkün tarix üzərində işləyirik - 13 cə 20 iyun. Mövsümün başlaması üçün protokol gəldi və o məşqlər üçün razılaşdırılmış protokola çox bənzəyir".

Onun sözlərinə görə, bu barədə qərar mayın 28-i qəbul ediləcək.

Qeyd edək ki, futbol üzrə İtaliya çempionatı martın əvvəli koronavirus pandemiyası səbəbilə dayandırılıb.