adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
24 May 2020 22:36
16147
DÜNYA
A- A+

Əşrəf Qani: Taliblərin həbsxanalardan azad edilməsi bərpa olunub

Əfqanıstan prezidenti Əşrəf Qani mayın 24-də "Taliban" hərəkatı tərəfdarlarının azadlığa buraxılma prosesinin yenidən başlanmasını elan edib.

Trend-in məlumatına görə, bu barədə Əfqanıstan lideri Ramazan bayramı münasibətilə çıxışında bildirib.

Ə.Qani deyib: "Taliban məhbuslarının azad edilməsini bərpa edirik".

Bundan öncə Ə. Qani Talibanın Fitr bayramı ilə əlaqədar üç günlük atəşkəs elan etməsini alqışlayıb və ölkənin təhlükəsizlik qüvvələrinə müvəqqəti atəşkəs rejimini təmin etməyi tapşırıb.