adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
24 May 2020 20:32
17196
DÜNYA
A- A+

Honq Konq polisi 120-ə yaxın etiraz aksiyası iştirakçısını saxlayıb

Mayın 24-də Honq Konq polisi Çinin xüsusi inzibati bölgəsi olan Honq Konqda milli təhlükəsizlik haqqında qanun layihəsinin hazırlanması ilə bağlı qətnamə qəbul etməyi planlaşdıran Pekinə qarşı etiraz aksiyasını keçirməyə çalışan 120-ə yaxın nümayişçini saxlayıb.

Trend-in məlumatına görə, bu barədə "South China morning post" qəzeti bildirib.

Honq Konq küçələrində barrikadalar qurmağa çalışan təxminən 120 nəfər Kozuey-bey və Vançay ticarət bölgələrində hüquq mühafizəçiləri tərəfindən saxlanılıb.

Ümumilikdə, qəzetin qeyd etdiyi kimi, bazar günü minlərlə etirazçı Honq Konqun küçələrinə çıxıb. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su toplarından istifadə edib.