adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 May 2020 16:30
13409
HADİSƏ
A- A+

Migəçevirdəki qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA: Vəziyyəti ağır olanlar var

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Mingəçevirdə 13 nəfərin xəsarət alması xəbəri ilə bağlı açıqlama verib.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 13 nəfər xəsarət alıb:

"Üç nəfər böyük, 10 nəfəri uşaqdır. Hazırda dörd uşaq xəstəxanadadır. İkisinin vəziyyəti ağırdır. Kəllə-beyin travması keçirib. Digər ikisinin vəziyyəti isə orta ağırdır”.

O qeyd edib ki, digər uşaqlara böyüklərlə birlikdə ambulator yardım göstərilərək evə buraxılıb.