adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 May 2020 10:00
16130
DÜNYA
A- A+

BMT baş katibi Əfqanıstandakı barışığı alqışlayır

BMT-nin baş katibi Antonio Quterriş Ramazan bayramı münasibətilə Əfqanıstanda elan edilən 3 günlük barışığı alqışlayıb.

Trend-in məlumatına görə, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarik bildirib.

"Baş katib Əfqanıstan hökuməti və Taliban tərəfindən atəşkəs elan edilməsini alqışlayır. Bu, Əfqan xalqına Ramazan bayramını dinc şəraitdə qeyd etməyə imkan verəcək", - nümayəndə deyib.

A.Quterriş bütün tərəfləri fürsətdən istifadə etməyə və respublikada sülh prosesinə qoşulmağa çağırıb. Baş katib BMT-nin bu məsələdə Əfqanıstan xalqına və hökumətinə dəstəyini davam etdirmək əzmini bir daha təsdiqlədi.

Xatırladaq ki, daha əvvəl "Tolo News" telekanalı Taliban tərəfindən verilən açıqlamaya əsasən hərəkat nümayəndələrinin üç günlük atəşkəs elan etdiyini bildirib. Onun sözlərinə görə, açıqlamada hərəkat döyüşçülərinin üç gün ərzində hücumlar etməyəcəyi və ancaq mövqelərinə hücum olarsa müqavimət göstərməyə hazır olduqları göstərilir.