adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 May 2020 23:59
53089
KRİMİNAL
A- A+

Evlərdən 55 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Oğurluqda şübhəli bilinən Masazır qəsəbə sakini yaxalanıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-dən mayın 21-dək olan müddətdə rayon ərazisindəki 2 evdən min manat dəyərində inşaat materialları və 55 000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini F.Tahirov saxlanılıb.