adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 May 2020 23:00
54554
MARAQLI
A- A+

Palataya şəffaf geyimdə daxil olan tibb bacısından xəbər var - FOTO

Ötən günlərdə Rusiyada xəstələrin palatalarına şəffaf geyimdə daxil olan tibb bacısı ilə bağlıxəbər vermişdik.

Sondakika.com məlumat yayıb ki, həmin tibb bacısının 23 yaşlı Nadya olduğu üzə çıxıb.

Səhiyyə müəssisələrində tibbi ləvazimatların və geyimlərin çatışmazlığından şikayətlənən həkimlər və tibb bacıları həddən artıq isti olması səbəbindən alt paltarının üstündən geyindiyi şəffaf geyimlə xəstələri müayinə edən Nadyanı dəstəkləyiblər.

Eyni zamanda, onların qayğısına qalan həkim və tibb işçilərinin şəkillərini çəkərək paylaşan xəstələri qınayıblar.

Onlar "Sizi sağaltmağa çalışırıq, bizim şəkillərimizi çəkməməlisiniz”, - deyəkampaniyaya başlayıblar.

Qeyd edilir ki, tibb bacısı uzun müddət isti havada işləməkdən sıxıldığı üçün belə geyindiyini deyərək üzr istəyib.(oxu.az)