adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 May 2020 22:48
45289
KRİMİNAL
A- A+

Olmayan sərvəti ilə öyünən repçi işgəncə ilə öldürüldü - FOTO

Mota Jr” kimi tanınan portuqaliyalı repçiDavid Motanın meşədə meyiti tapılıb.

Bu barədə "The Sun” xəbər yayıb.

O, iki ay öncə evinin qarşısından iki nəfər tərəfindən qaçırılıb.

Bildirilir ki, 28 yaşlı musiqiçi sosial şəbəkələrdə mütəmadi olaraq olmayan sərvəti ilə öyünüb.

Polisin ehtimalına görə, canilər onun paylaşdığı fotolara inanaraq, repçini oğurlayıb və qiymətli əşyalarını harada gizlətdiyini öyrənmək üçün işgəncə veriblər.

Onun cəsədi evinin 50 kilometrliyində tapılıb.