adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 May 2020 19:45
30123
ŞOU-BİZNES
A- A+

Əməkdar artist: “Biz tum satanın, ofisiantın, pinəçinin yanında varlı görünə bilərik”

"Pul baxımından vəziyyətim normaldır. Yekə-yekə danışmamışam. Nə kiçilməmişəm, nə də böyüməmişəm. Nə atlanıb qabağa düşmüşəm, nə də axsayıb geri qalmışam. Ortadayam”.

Bu sözləriOxu.Az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Cavanşir Məmmədov deyib.

Sənətçikarantin rejimi müddətində toysuzluqdanvə pulsuzluqdan şikayətlənən həmkarlarını ittiham edib:

"Sözüm bəzi incəsənət nümayəndələrinədir. Böyük-böyük danışmaq lazım deyildi. Qəfildən elə hadisələr oldu ki... Heç kim bu məsələləri proqnozlaşdıra bilməzdi. Bir də gördün, heç bir il toy olmadı. Amma bu, mənə təsir etməyəcək”.

Əməkdar artist bildirib ki, əlavə gəlir mənbəyi, yəni biznesi yoxdur:

"Nə su dükanım, nə də qəzet köşküm var. Heç nəyim yoxdur. Yeganə obyektim boğazımdır. Əsas məsələ də ondadır ki, kimin nəyisə varsa, bunlar da karantinə görə işləmir. İndi-indi karantin rejimi yumuşaldılır və hansısa sahələr öz fəaliyyətini bərpa edir. Sənət adamını dolandıran xalqdır. Ona görə, sənətçi özünü xalqın içində normal səviyyədə idarə edə bilməlidir”.

Bu çətin zamanda müğənnilərin bir-birinin ardınca dəbdəbəli evlərini və villalarını efirdə nümayiş etdirməsicəmiyyət tərəfindən birmənalı qarşılanmır. Sözügedən məsələyəC.Məmmədov beləmünasibət bildirib:

"Sənət adamının evi də, villası da, avtomobili də olmalıdır. İnsanlarda müəyyən qədər qıcıq yarada bilər. Amma insanlaranlamalıdır ki, bu, sənət adamıdır. Bizə pul havadan gəlmir. Zülm, əziyyət çəkib pul qazanırıq.

46 ildir ki, sənətdəyəm. İndi belə çıxır ki, mənim heç nəyim olmalı deyil? Deyərlər ki, Cavanşir ya narkomandır, ya da qumarbazdır ki, heç nəyi yoxdur. Sənət adamının mütləq şəkildə evi olmalıdır. Qonaq qəbul edirsən -həm ölkədən, həm də xaricdən.

Bütün dünyada məşhurların dəbdəbəli və gözəl evləri, villaları var. Bəs onları niyə qınamırsınız, düşmüsünüz bizim üstümüzə? Sənət adamın evi olmalıdır da, kirayədə yaşamalı deyil ki... Sənət adamının düzgün yaşayışı olmalıdır.

Tum satanın, restoranda ofisant işləyənin, pinəçinin və dərzinin yanında biz varlı görünə bilərik. Amma imkanlıların yanında biz varlı görünə bilmərik”.

Toy biznesindən danışan C.Məmmədovbu sahədə at oynadan dəllalların onu bir sıra məclislərdən "vurduğunu”bildirib:

"Səkkiz ay evdə otururam,onun da dörd ayıiş ola,ya olmaya. Qazandığınpulu da bölürsən 12 aya. Hər gün toy olan illər də var idi. Ozamanlar ayın 31 günündə 32 toy oxumuşam.

Əvvələr ev, avtomobil "maklerlər”ləri var idi, indi də toy "maklerlər”i peyda olub. Şadlıq saraylarının inzibatçısından tutmuş, bəyin dostlarına kimi. Onlar bu biznesi əllərinə keçirib, meydanda at oynadırlar. Yaxşı pullar qazanırlar. O qədər olur ki, məni toylardan "vururlar”. Yalnız məni deyil, bir çox müğənniləri. Toy çox böyük biznesdir. Buradan çox ailədolanır.

3 000-4 000 manata toya gedirəm, onun da 300 manatını "maklerə” verirəm. Amma 10-15 minə toya gedən müğənnilər 1 000 manat və daha çox verirlər. Son vaxtlar toylar, ümümiyyətlə, azalıb. Şikayətlənmirəm, bu günümüzə min şükür”.