adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 May 2020 19:18
8696
GÜNDƏM
A- A+

Pandemiya dövründə 10 mindən artıq vətəndaş dövlət hesabına Azərbaycana gətirilib

Pandemiya dövründə 10 mindən artıq vətəndaşın Azərbaycana gətirilməsi dövlət hesabına həyata keçirilib.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bundan sonra ölkəyə gətirilənlər öz hesablarına gələcəklər: "Çünki bu proses sona qədər dövlət hesabına aparıla bilməz. Bu vaxta qədər dövlət vətəndaşların ölkəyə gətirilməsi üçün bütün şəraiti yaradıb".