Qəribə qrossmeyster

ETİBAR CƏBRAYILOĞLU
99717 | 2020-05-22 18:15

Mən bilən özü heç vaxt şahmatoynamayıb. Amma bir vaxtlar şahmat tacına sahib çıxan, həm oyun texnikasına, həmdə qəribə davranışlarına görə bu gün də xatırlanan Rober Fişer barədə yazısınınecə də ustalıqla qələmə alıb...

O, həmişə belədir, futboldanda, hokkeydən də yazanda, doğma Göyçayın tarixinə ekskurs edib bu gününü təsviredəndə də, oxucusunun əlindən tutub regionlarımızı qarış-qarış gəzdirəndə də belə yazır. İntellekti, mövzuya bələdliyi, səmimiyyətiilk abzasdan son cümləyə qədər hiss olunur. Statistik göstəriciləri, faktlarışahmat fiqurları kimi dəqiq düzür mətnin içərisinə. Müasir jurnalistikamızın,publisistikamızın qrossmeysterlərindən biridir Məzahir Əhmədzadə. Yəqin elə onagörə də Ali Media Mükafatı laureatı Məzahir Əhmədzadəni bizim "Ədalət"qəzetində təkcə oxumurlar, ondan öyrənir, tədqiq edilər. Ali təhsilimizinflaqmanı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində onun"Uembli arayışı", "Metamorfoz" kitablarından diplom işlərimüdafiə olunur.


Millət vəkili, yazıçı, "Ədalət"inböyüyü, dostumuz-qardaşımız Aqil Abbas Məzahir Əhmədzadənin Mətbuat Şurasınıntövsiyəsi ilə çap edilən "Uembli arayışı" kitabına yazdığı "Önsöz"də müəllifin publisistikasına yüksək dəyər verir və onun qələminin məhsuluolan yazıları adi jurnalist materialından xeyli yuxarıda durduğuna inanır:"...Məzahirin özü, bütövlüyü onun publisistikasındadır. Publisistika isəjurnalistikadan yuxarıda dayanır. Publisistika yazıçılıqdı. Əhməd bəy Ağayev,Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Haqverdiyev, dahi ÜzeyirHacıbəyli... onlar publisistikanı yazıçılıq səviyyəsindən də yuxarıqaldırdılar...

... Məzahir dünyanın böyük şəxsiyyətlərihaqqında yazdığı publisist yazılarda da hamının görə bilmədiyi tərəflərdən oinsanları açır...

... Məzahirin publisistikasındaqəribə bir özünəməxsusluq var. Bir qədər sirli, sehrli, bəzən tuta bilmədiyimizşeylər var..."

İstedadlı yazıçı-publisistLoğman Rəşidzadə isə Məzahir Əhmədzadənin tanınmış insanlar haqqında qələməaldığı portret yazıları sevgi məktubu kimi xarakterizə edir: "... Hərtürlü inancların sarsıldığı, bayağılığın və arsızlığın at oynatdığı indiki zəmanəmizdəqələmə, yazıya, sözə, yaradıcılığa bu Məzahir inamı, bu inamdan boylanan Məzahirsevgisi hardandır? Onun hər yazısı sevgi dastanıdır, hər biri bir sevgi ömrüyaşayan, sanki öz sevgi yaşı olan sevgi məktublarıdır..."

Bu qəribə qrossmeysterin AqilAbbas haqqında yazdığı "Dağlar hara söykənsin?", "Ədalət" qəzetininbaş redaktoru İradə Tuncaya həsr etdiyi "Çətin sual", nakam şairimiz ƏliKərimdən bəhs edən "İndi oxuyarsanmı?...", Mahir N.Qarayevəünvanlanan "Yıxılan aylara kimlər ağlayar?", dünyadan vaxtsız köçənşair Sabir Adili unudulmağa qoymayan "Adilin qardaşı, Alpayın atası",mərhum Ağa Hüseynovu anladan "Yarımçıq ev", mərhum tənqidçi-alimNadir Cabbarlını yenidən yaddaşlara qaytaran "Onlar... sonbaharvurğunu", Tofiq Abdininin unudulmaz cizgiləri görünən "Sezarınqayıtması", əksər dostlarının xatirəsini yaşadan "Baksovet xatirələri",istedadlı və təvazökar Azər Abdulladan bəhs edən "Azəri deyirəm, AzərAbdullanı", görkəmli fırça ustası Səttar Bəhlulzadə ilə xatirələrinə işıqsalan "Əmircanlı dahi"... yazıları həqiqətən də sevgi və sonsuzehtiramla dopdoludur.


Loğman Rəşidzadə qələm dostunundaha bir özəlliyini qeyd edir: "Məzahir köhnə jurnalistdir. Mərd, dönməz,sözübütöv, peşənin təəssübkeşi və sevdalısı..."

Həqiqətən də Məzahir Əhmədzadəbu gün jurnalistikanın prinsiplərinə, peşə etikasına xələl gətirən hər cürhoqqabazlara qarşı savaş açır. Yaralı ürəyi və qələmi ilə ardıcıl və qətiyyətləmübarizə aparır. Mətbuatımızın bugünkü vəziyyəti, peşəkarlıq problemlərinə həsretdiyi silsilə yazıları ilə əslində çoxsaylı jurnalist təşkilatlarının həyatakeçirməli olduğu işi təkbaşına görür. Təltif, mükafat gözləmədən.

Ailəsinə, doğmalarına, uzun illərçalışdığı "Ədalət"ə, ətrafındakı dostlara aşırı dərəcədə diqqətliolan mətbuatımızın bu qəribə qrossmeysterinin iyunun ilk günüdə 70 yaşı tamamolur. Həyatın sürprizlərindən, çətinliklərindən heç vaxt qorxmayan, mübarizədənyorulmayan Məzahir dostumuza qələbə sevincləri arzulayırıq.

Axı qrossmeysterlər həmişəqalib gəlməyi sevir...

Etibar Cəbrayıloğlu


TƏQVİM / ARXİV