adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 May 2020 17:40
32681
MƏMLƏKƏT
A- A+

Kütləvi tədbirlər və toyların gələn ay da keçirilməsi məqsədəuyğun deyil - Ramin Bayramlı

İyunda kütləvi tədbirlərin, o cümlədən toyların keçirilməsi məqsədəuyğun deyil.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, iyun ayında belə tədbirləri keçirmək tövsiyə edilmir: "Amma iyunun 1-dən böyük ticarət mərkəzlərinin açılması barədə qərar qəbul edilə bilər. Çimərliklərin açılmasında da bir problem görmürük. Çimərlik sahələrində ən önəmli məsələ sosial məsafənin gözlənilməsidir".