adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 May 2020 17:12
20379
HADİSƏ
A- A+

Rusiyadan gələn avtomobildə qəlyan üçün tütün məmulatları aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Actros" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan döşəyin altında, tavan hissəsində 88 ədəd 125 qramlıq "Musthave" markalı qəlyan üçün tütün aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.