adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
22 May 2020 16:09
17125
DÜNYA
A- A+

Fransada bələdiyyə seçkilərinin ikinci turu iyunun 28-də keçiriləcək

Fransada bələdiyyə seçkilərinin ikinci turu iyunun 28-də keçiriləcək.

Adalet.az-ın məlumatına görə, bunu ölkənin baş naziri Eduar Filipp deyib.

O bildirib ki, bununla bağlı qərar mayın 27-də prezident Emmanuel Makrona təqdim ediləcək.

Qeyd edək ki, Fransada bələdiyyə seçkilərinin birinci turu martın 15-də keçirilmişdi. İkinci tur həmin tarixdən bir həftə sonraya nəzərdə tutulsa da, koronavirus pandemiyası ilə bağlı seçkilər təxirə salınmışdı.