adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 May 2020 14:25
13718
MƏMLƏKƏT
A- A+

Yol polisindən XƏBƏRDARLIQ

Son günlər bölgələrdə mal-qaranın yaylağa köçürülməsi prosesinə başlanılıb. Təəssüfki, köç prosesi bəzən asfalt örtüklü yollar vasitəsilə həyata keçirilir. Bu isə həm sürücülər, həm də mal-qara və onu ötürənlər üçün təhlükə yaradır, hətta bəzən yol-nəqliyyat hadisələrinə səbəb olur.

Adalet.az xəbər verir ki, qanunvericiliyə müvafiq olaraq, mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır, o cümlədən, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitindədəmir yollarından, yolların, küçələrin, meydanların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qara ötürülməməlidir.

Baş Dövlət Yol Polisi İdarəsi mal-qara sahiblərinə xəbərdarlıq edərək, heyvanları asfalt və sement-beton örtüklü yollarla ötürmənin qadağan olduğunu, sürücülərə isə belə hallarla rastlaşarkən diqqətli olmağı və hərəkət sürətini minimuma endirməyin zəruri olduğunu bildirir.