Faiq QİSMƏTOĞLU: TALAN

FAİQ QİSMƏTOĞLU
70919 | 2020-05-23 10:33

... Bir çox yüksəkvəzifəli şəxslər bu ölkəyə, bu məmləkətə, bu dövlətə yağlı quyruq kimibaxıblar. Və çalışıblar ki, vəzifə kreslosuna keçən kimi gözlərinə nə göründühamısını ələ keçirsinlər, yeyib üstündən də su içsinlər. Heç düşmən beləmünasibət bəsləsə, bizi o qədər yandırmaz. Çünki bilirsən ki, o düşməndi, səninməmləkətini və ölkəni yağmalamaq istəyir.

Ən böyük düşmənisə mələk cildinə girib şeytan sifətilə vəzifədə əyləşmiş xalqın, dövlətin vəmillətin qanını içmiş və bugünlərdə həbs olunmuş yüksək vəzifə sahibləridir.Onların bir məqsədi olub: ölkəni talamaq, hər şeyin axırına çıxmaq və öz qohum-əqrəbasınabir gün ağlamaq!

İstedadlıjurnalist Rüstəm Əbülfətoğlunun bu günlərdə qəzetimizdə "Belə-belə işlər” məqaləsidərc edilib. Həmin məqalədə müəllif Mədəniyyət Nazirliyində baş verən rüşvətxorluqdan,korrupsiyadan və ölkənin mədəniyyət sahələrini talamaqdan söz açır. Təkcə məqalədənbir faktı xatılatmaq bəs eləyir: "Biləsuvar Regional Mədəniyyət İdarəsi yalnızdəftərxana xərcləri üzrə ötən il 391795,98 manat vəsait xərcləyib. Məncə pis rəqəmdeyil...”

Məgər dövlətibundan da artıq aldatmaq və talamaq olar?! Məgər dövləti talamağın vədağıtmağın buynuzu var?! Tək bu nazirlikdə deyil, əksər nazirliklərdəyoxlamalar keçirilsə, bəlli olar ki, onlar büdcədən pul oğurlamaq üçün nə qədərşişirtmələrdən və əyri yollardan istifadə ediblər.

Mədəniyyət sahəsindəhansı yerdə bir balaca saf-çürük edilsə, görmək olar ki, həmin ünvanlarda nə qədərmənimsəmə, nə qədər dövlətdən pul oğurlamalar və nə qədər də saxta sənədlərləbüdcəni talamaq faktları ortaya çıxar. Hamı da yaxşı bilir ki, regionlarda, qəsəbələrdə,kəndlərdə əksər kitabxanaların, musiqi məktəblərinin və digər mədəniyyətocaqlarının adı var. Adı olub özü fəaliyyət göstərməyən bu ünvanlarda nələr başverir, onu hamıdan yaxşı o qurumlarda yoxlama və araşdırma aparacaq təşkilatlardəqiq bilər. Hər halda, görünən odur ki, bu gün mədəniyyətimiz də, onun əksərsahələri də çox bərbad gündədi.

Cənab prezidentİlham Əliyev İmişli və Ağstafa rayonlarına yeni icra başçısı təyin edib. Vəonların hər ikisini onlayn formatda qəbul edib, öz tapşırıqlarını, tövsiyələriniverib. Və cənab prezident qeyd edib ki, bundan sonra da ölkədə korrupsiya vərüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaqdı. Bəzi icra hakimiyyətininbaşçıları özlərini ağa kimi aparıblar, bir daşı daş üstünə qoymayıblar. Ancaqbaşları qarışıb var-dövlət toplamağa. Cənab prezident onu da qeyd edib ki,mübarizə sözdə yox, əməldə aparılır. Hətta yeni başçılara prezident bildiribki, onların da fəaliyyəti nəzarətdə saxlanılacaqdır. Ona görə də yeni təyinolunmuş icra başçıları nəticə çıxarmalı, əhaliylə görüşlər keçirməli, onlarınproblem və çətinliklərini həll etməlidilər.

Görəsən, indibir çox icra başçıları cənab prezidentin bu mesajından bir nəticə çıxarırmı? Hərhalda, bu suala birmənalı cavab vermək o qədər də asan deyil. Çünki nəticəçıxaranlar da var, çıxarmayanlar da. Ənazından ona görə ki, elin gözü tərəzidi. Təbii ki, hər bir vəzifəli şəxs indikidurumda ən azından köhnə əməlindən əl çəkməli, insanları incitməməli və onlarıdövlətdən narazı salmamalıdır. Belə ki, bu adamlar Allahına şükür eləməlidilərki, onlar yüksək postda əyləşiblər. Təəssüf ki, onlar şükür eləmək əvəzinə, hələdə xalqın dərisini soyurlar. İçinə sapand təpmirlər ha, elə dərisini soyubatırlar çölə!

Bu gün də eləicra başçısı var ki, hələ də bəd əməllərindən əl çəkməyib. Heç icra başçısınınminlərlə qoyun-quzusu olar? Bir o qədər də iribuynuzlu heyvanları üzə çıxar?Bunu heç kim bilməsə də, o rayonda yaşayan camaat yaxşı bilir. Bəzi icrabaşçıları dövlət fondundan olan torpaq sahələrini hər rayonda 5-6 adama veriblər.Və 5-6 adamın hər birinə 1000 hektar torpaq sahəsi verilib. Və bu 5-6 adam darayondakı torpaq sahələrini əkib-becərirlər. Yəni icra başçıları hər adama yox,ancaq inandıqları və etibar elədikləri sahibkarlara torpaq sahəsini verir. Hərhansı rayonda isə 5-6 sahibkar yox, ən azı yüzlərlə sahibkar var. Elə olmazmıki, 1000 hektarlarla torpaq sahəsi torpağı olmayan və yaxud az olan sahibkarlararasında bölüşdürülsün. Məsələn, hər sahibkara 20-25 hektar torpaq sahəsiverilsin. Qoy onlar da əkib-becərsin, bolluq yaratsın, dövlətin hesabınaqazanclarından vergi ödəsinlər. Bax, bu cür qanunsuzluqlar bir çox rayonlardamövcuddur.

İndi-indi üzəçıxır ki, İmişlinin keçmiş icra başçısı bir çox sahibkarların torpağını əlindənalıb rüşvət müqabilində başqa sahibkarlara satıb. İndi o sahibkarlar da özhaqlarını tələb edirlər. Sözümüzün canı odur ki, digər rayonlarda olan bu cürhaqsızlıqlar sosial partlayış olmamış öz halal sahiblərinə qaytarılsın. Aybaşınıza dönüm, Bakıda yaşayan iş adamı gedib hər hansı kənd rayonunda rüşvətmüqabilində camaatın otlaq və əkin sahələrini ələ keçirib. İndi həmin adamlarda deyirlər ki, bizim zəbt olunmuş torpaq sahələrimizi geri qaytarsınlar. Bayaqdedik axı, bu cür qanunsuzluqlar məmləkətimizin bir çox rayonlarında var.

Xalq şairi SabirRüstəmxanlının gözəl bir ifadəsi var: "Kiçik padşahlar”. O, bu ifadəni rayonicra hakimiyyətlərinin başçıları haqqında işlədib. Cənab prezident də dedi ki, bəzi icrabaşçıları özlərini ağa kimi aparırlar.

Amma çox nahaqyerə! Kim xalqa, dövlətə, millətə xidmət eləməyəcəksə, onlar tutduqları vəzifədəəyləşə bilməyəcəklər. Çünki xalqın sərvətini, dövlətini, büdcəsini talan edibdağıdanlar bu dövlətə, bu xalqa artıq cavab verməyə başlayıblar. Bu cavab elə dəasan olmayacaq. Yəni korrupsiya, rüşvətxorluqla məşğul olan vəzifəli şəxslərinyeri həbsdir. Cənab prezident hər bir icra başçısını təyin edəndə deyir ki,gedin, xalqa xidmət eləyin, camaatla görüşün, onların problemlərini, çətinliklərinihəll edin. Bax, bu mesaj bütün icra başçıları üçün bir dərs olmalıdır.

Əgər hər hansı icrabaşçısı uzun müddət bu vəzifədə işləyibsə və köhnə metodlarla idarəçiliksistemini həyata keçiribsə, indi tamamilə fərqli bir qaydada işləməlidir. Yənionlar əvvləki kimi deyil, prezidentin tövsiyə etdiyi kimi, xalqa və dövlətə xidmət etməlidilər. Təbiiki, bu xidməti etməyənlər gec-tez o kreslolarla vidalaşmalı olacaq və törətdikləriəmələ görə cavab verəcəklər. Xalqın gözü isə tərəzidir. Bu tərəzinin gözünü düzsaxlamaq üçün isə haqlı, ədalətli yol tutmaq, millətə xidmət etmək ən yaxşıçıxış yoludu...


TƏQVİM / ARXİV