adalet.az header logo
  • Bakı 7°C
22 May 2020 12:30
46352
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: RİCA

İçimdəki dərdə xətir
Mənə bir ağ vərəq gətir!
Gör ki, söz-söz, sətir -sətir -
tükənirəm...

Saymadan günü - biçirəm,
Ağrımı sıxıb içirəm...
Elə ki, həddi keçirəm -
təklənirəm...

Söküləndən dan .yarıma
Qurbanlıqdı can yarıma !
Ömrün, onsuz anlarıma -
ləklənirəm...

Ürək çökür ahla birgə
Eşq adlı günahla birgə!
Hər gecə. sabahla birgə -
dikəlirəm...