adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 May 2020 12:11
15721
DÜNYA
A- A+

ABŞ "AÇIQ SƏMA" MÜQAVİLƏSİNDƏN ÇIXDI

"ABŞ-ın "Açıq səma" Müqaviləsindən çıxması təbii ki, beynəlxalq təhlükəsizlik məsələsinə xələl gətirəcək. Vaşınqton bununla birtərəfli qaydada hərbi üstünlük qazanmağı planlaşdırır"-deyə Rusiya Federasiya Şurasının üzvü Oleq Morozov Ria Novostiyə bildirib.

ABŞ əvvəldən Müqavilə iştirakçılarını xəbərdar etmişdi ki, 22may tarixindən müqaviləni tərk edəcək və altı ay sonra bu sənəd çərçivəsindən azad olacaq. Həmişə olduğu kimi Donald Tramp Rusiyanın müqavilənin şərtlərinə əməl etməməkdə günahlandıraraq bu addımı atdıqlarını bəyan edib. Bununla yanaşı ABŞ prezidenti gələcəkdə fikirlərinin dəyişə biləcəyini də istisna etməyib.

Rusiya tərəfi Vaşinqtonun onlara qarşı ittihamlarını rədd edərək, ABŞ -ın artıq işlənmiş metodlardan istifadə etdiyini bildirib. "Biz nəyi düzəldəcəyimizi bilmirik. ABŞ Beynəlxalq təhlükəsizliyi təmin edən növbəti müqaviləni tərk etməklə beynəlxalq təhlükəsizliyin qorunmasını təhlükə altına salır"-deyə senator Morozov qeyd edib.

Rusiya XİN-in müavini Aleksandr Qruşko isə Moskvanın Müqavilənin bütün şərtlərinə sonadək əməl edəcəyinə və müqavilənin digər iştirakçılarının da bu şərtlərə əməl edəcəyinə inandığını bildirib.

Xatırladırıq ki, "Açıq səma" müqaviləsi 1992-ci ildə "soyuq müharibə" başa çatdıqdan sonra imzalanıb. 2002-ci ildən artıq işə düşən müqaviləyə 34 ölkə qoşulub.

Rüstəm HACIYEV