adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 May 2020 11:42
33630
ŞOU-BİZNES
A- A+

49 yaşlı Azərbaycanlı model yenə soyundu: “Günəşlənirəm...”

"Miss Millennium Azerbaijan” titulunun sahibi, 49 yaşlı model Validə Abbasova yaddaşımızda daha cox müğənni Nüşabə Ələsgərli ilə arasında baş verən qalmaqla qalmışdı. Xatırladaq ki, N.Ələsgərli "İnstagram” səhifəsində modelin ünvanına bu sözləri yazmışdı:

"Validə, əzizim sən çox gözəl qadınsan.Sənə baxmaq adama zövq və həzinlik verir. Amma səni incitmək, xətrinə dəymək istəməzdim. Sənə bir söz demək istəyirəm. Gözəl Validə, artıq yaşın o yaş deyil. Qızın böyüyür. Bu gün, sabah ərə verəcəksən. Həyat tərzin, həddindən artıq açıq-saçıq geyim, sənə yaraşmır. Özümdən qat-qat kiçik olan bir kişiylə yaşayırsan. Sənə daha sanballı ər lazımdı. Sənə ağır həyat və xanımlıq arzu edirəm. Öpürəm gözəlim”.

V.Abbasova isə N.Ələsgərlinin bu sözlərini cavabsız qoymayıb. O da sənətçinin cavabını sosial şəbəkədə verib:


"Mən qızımı necə ərə verəcəmsə, bunun heç kimə aidiyyatı yoxdur. Mən düşünürəm ki, bizim ailəyə düşüncəsi şortikimdən qısa olan insanın fikir bildirməsi lazım deyil. Nə də ki, insanları geyimlərinə görə qiymətləndirənlərin fikirləri məni maraqlandırmır. Çox sağ olun, sizin dünya görünüşünüzü bilmək mənə maraqlı idi. Uğurlar".

"Miss Millennium Azerbaijan” titulunun sahibi Validə Abbasova açıq-saçıq görüntüsü ilə diqqətləriüzərinə cəmləyib.

Ötən ay karantində üçkiloqram kökəldiyini bildirən model, "Miss millenium" gözəli Validə Abbasova İnstaqramdakı paylaşımı ilə yenə müzakirələrə səbəb olub.



Adalet.az xəbər verir ki, keçmiş model çimərlik geyimində şəklini izləyiciləri ilə bölüşüb.

V.Abbasova fotosuna "Karantindən sonra ilk günəş vannası qəbulum. Dözə bilmədim. Göldə velosipedlə gəzdik" sözlərini yazıb.


Qeyd edək ki, keçmiş model uzun illərdir İsveçrədə yaşayır.

Əntiqə Rəşid