adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 May 2020 11:55
13332
MƏMLƏKƏT
A- A+

ABAD yeni məhsulunu təqdim etdi - VİDEO

Öz fəaliyyəti ilə hər zaman müsbət mənada fərqlənən "ABAD” koronavirus pandemiyası dövründə də yaddaqalan addım atıb. Belə ki, "ABAD” həm şəxsi gigiyena, həm də dərinizin qeydinə qalacaq müxtəlif aromatlı antiseptikləri təqdim edib.

Qurumdan verilən məlumata görə, 75 faiz etil spirt və 3 növ fərqli aromatlardan ibarət bu məhsulun daha bir üstünlüyü tərkibində qliserinin olmasıdır. Bu da öz növbəsində zərif əl dərisini qoruyur və qurutmur.

Məlumatda o da bildirilir ki, istehsalı "ABAD” tərəfindən dəstəklənən qida məhsullarını aşağıda qeyd olunan məkanlardan əldə etmək mümkündür:

"20 Yanvar” Bravo Hipermarket (Tbilisi prospekti, 3007-ci məhəllə);

Bravo Babək Superstore (Xətai m/s yaxınlığında, Babək pr. ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsi);

Bravo Koroğlu Hipermarket ("Koroğlu" m/s yaxınlığında, Heydər Əliyev prospekti 172);
Bravo Əhmədli Hipermarket (Ramiz Quliyev küçəsi 4, Köhnə radio zavod).