adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 May 2020 23:00
15856
İDMAN
A- A+

"Yunayted" xərçəngə qalib gələn futbolçusu ilə yeni müqavilə imzaladı

"Mançester Yunayted" futbolçusu Maks Teylorla müqavilənin müddətini uzadıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.

Teylor mövsümün ikinci yarısını icarə əsasında "Steylibric Seltik"də keçirib.

Qeyd edək ki, M.Teylora 2018-ci ildə xərçəng diaqnozu qoyulmuşdu, ancaq o, xəstəliyə qalib gəlmişdi.