adalet.az header logo
  • Bakı 11°C
21 May 2020 20:38
18429
DÜNYA
A- A+

Avstriya üç ölkə ilə sərhədləri açır

Avstriya hökuməti iyunun 15-dən etibarən Almaniya, Lixtenşteyn və İsveçrə ilə sərhədləri açacaq.

Adalet.az-ın məlumatına görə, bunu ölkənin kansleri Sebastyan Kurtsa deyib.

O bildirib ki, hazırda digər həmsərhəd ölkələrlə danışıqlar davam edir.

Qeyd edək ki, Avstriya koronavirus pandemiyası ilə əlaqədar sərhədlərdə sanitar nəzarət tətbiq etmişdi.

Vyana iyunun 14-dək bir sıra ölkələrlə aviaəlaqəni dayandırıb. Avstriyaya gələn şəxslər 14 gün müddətində özünütəcrid rejiminə əməl etməlidir.