adalet.az header logo
  • Bakı 19°C
21 May 2020 18:02
18353
DÜNYA
A- A+

Ramzan Kadırov koronavirusa yoluxma şübhəsi ilə Moskvaya çatdırıldı

Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirus şübhəsi ilə Moskvaya çatdırılıb. O, Rusiyanın paytaxtında ən yaxşı klinikalardan birinə yerləşdirilib.

Bu barədə "BAZA” Telegramkanalı xəbər yayıb.

Bildirilir ki, R.Kadırov Moskvaya təyyarə ilə aparılıb.

İlk simptomlar bir neçə gün əvvəl görünsə də, o, qripə yoluxduğunu düşünüb. Lakin respublika başçısının vəziyyəti pisləşməyə başlayıb. Bundan sonra həkimlər ona Moskva xəstəxanalarına müraciət etməyi tövsiyə ediblər.

Tibbi dairələrdən verilən məlumatlara görə, Ramzan Əhmədoviçdə artıq ağciyərlərin zədələnməsi qeydə alınıb. Ancaq COVID-19-a yoluxma diaqnozu hələlik təsdiq olunmayıb.