adalet.az header logo
  • Bakı 20°C
21 May 2020 17:20
14995
MƏMLƏKƏT
A- A+

Muxtar Babayev: Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyətini xüsusi rejimdə davam etdirir

Ötən müddətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tələblərə uyğun olaraq fəaliyyətini xüsusi rejimdə davam etdirir.

Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, karantin rejiminə ciddi riayət edilməsi və preventiv tədbirlərin görülməsi nəticəsində nazirliyin çoxsaylı kollektivində bu günədək koronavirusa yoluxma halı qeydə alınmayıb.