adalet.az header logo
  • Bakı 11°C
21 May 2020 16:21
12917
MƏMLƏKƏT
A- A+

Dövlət Komitəsi intihar etmək istəyən qızla bağlı araşdırmalara başlayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi körpünün üzərindən özünü ataraq intihar etmək istəyən qızla bağlı araşdırmalar aparmağa başlayıb.

Komitədən Adalet.az-a verilən məlumata görə, kütləvi informasiya vasitələrində körpünün üzərindən özünü ataraq intihar etmək istəyən qızla bağlı informasiya və videomaterial yayılıb:

"Məsələ ilə əlaqədar bildirmək istəyirik ki, hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb və səlahiyyət daxilində məsələnin araşdırılması istiqamətində iş aparılır".