adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
21 May 2020 14:33
21763
DÜNYA
A- A+

ABŞ RUSİYA LAYİHƏSİNƏ VETO QOYDU

Birləşmiş ştatlar Rusiyanın Venesuela ilə bağlı layihə bəyənnaməsinə BMT TŞ-da veto qoydu. Sputnik radiosunun efirində ABŞ və Kanada EA-nın baş elmi məsləhətçisi Vladimir Vasilyev ametikanların Rusiyanın Təhlükəsizlik Şurasına Venesuelanın suverinitetinə hörmətlə yanaşılması ilə bağlı qərar qəbul edilməsinə veto qoyması ilə bağlı mövqeyini şəhr edib.

Vasilyev qeyd edir ki, ötən gün BMT TŞ -da Rusiyanın bu təşkilatdakı daimi nümayəndəsi sədrinin birinci müavini Dmitri Polyanski bu yaxınlarda Bolivar respublikasının ərazilərinə hücum cəhdlərinə qiymət verilməsinin müzakirə olunmasını təklif edib. Təklif olunan layihədə BMT-nin Nizamnaməsininə uyğun olaraq bu təşkilata üzv dövlətin ərazilərinə daxil olmaqla güc tədbiq olunması yolvetilməzliyi ilə əlaqədardı. Muzdlu yaraqlılardan istifadə etməklə başqa dövlətin ərazisində terrorizmin bütün formalarda tədbiq olunması BMT-nin qəbul etdiyi qətnamələrinə ziddir.

"Rusiyanın BMT TŞ -nın iclasına təklif etdiyi bu layihə ümumi qaydada, heç kimi günahlandırmayan, yalnız faktın müzakirəsini tələb edirdi. Lakin ABŞ-ın BMT TŞ-dakı daimi nümayəndəliyi 9 dəqiqənin içərisində veto qoymaqla layihənin müzakirəsini blokladı"- deyə Polyanski Twitter səhifəsində yazıb.

Vasilyev hesab edir ki, "Birləşmiş Ştatlar və Kolumbiyanın Venesuela prezidentini devirmək cəhdləri "çat verərək" uğursuzluğa uğradı. Həm ABŞ, həm də Kolumbiya bu təxribatda iştirakını inkar etdilər. Lakin təqdim olunan layihənin müzakirəsinə veto qoymaqla ABŞ bir daha sübut etdi ki, Maduronu devirmmək çəhdlərinin iştirakçısıdı".

Hazırda dünyanın çətin iqtisadi böhran vəziyyətində, enerji məhsullarının ucuzlaşması fonunda zəngin neft yataqlarına sahib olan Venesuelaya qarşı yeni hücumlar ediləcəyi cəhdləri istisna olunmur. " Güc tədbiq edilməklə konfliktinin yaşanacağı mümkündü" - deyə Vladimir Vasilyev şəhrində bildirib.
Şəhrçinin fikirincə, Vaşinqton növbəti prezident seçkiləri ərəfəsində amerikan ictimayətinə bildirməlidi ki, Maduro rejimi artıq bitdi. Əks halda bu Ağ Ev üçün xarici siyasətin iflası demək olar. Venesuela məsələsi Amerikanının xarici siyasətinin və eyni zamanda daxili siyasətinin əsas elementlərindən biri sayılır."

Xatırladırıq ki, Venesuela prezidenti ölkə ərazisinə müdaxiləni özünə qarşı sui-qəsd kimi qiymətləndirərək, müdaxilədə ABŞ və Kolumbiya prezidentlərini günahlandırmışdı.

Rüstəm HACIYEV