adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 May 2020 10:30
96719
ŞOU-BİZNES
A- A+

İlqar Mikayıloğlunun ikinci həyat yoldaşı Zülfiyyə Bayramova: “Saçımı darayıb...”

Yadınızda olar , 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəmə prosesindən sonra qalmaqal düşdü. Hadisə mətbuatın gündəmində belə işıqlandırıldı:”Jurnalistlər binanı tərk edəndən sonra sabiq deputatın ailə üzvləri arasında ciddi qalmaqal yaşanıb.

Məlum olub ki, yaranmış davaya səbəb G.Əhmədovanın qardaşı İlqar Mikayıloğlunun birinci həyat yoldaşı ilə ikinci həyat yoldaşı, vəkil Zülfiyyə Bayramova (ANS-dəki "Hökm” verilişinin aparıcısı) arasında yaşanan söz atışması olub.

Yayılan videokadrlara bilgisi olmayanların baxması onlara heç nə aydınlatmır. Kadrlardan görünür ki, İ.Mikayıloğlunun birinci həyat yoldaşı ağlaya-ağlaya "Mən ona neyləmişəm? Deyir, İlqara deyəcəm, sənin ağzına … qoysun”, sözlərini deyir və Z.Bayramovaya hücum çəkmək istəyir. Onun qarşısını alan, üstünə təpinən, hətta sakitləşməsi üçün itələyən isə G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovdur.
Bu arada məhkəmənin əsas qapısında davam edən davada isə Zülfiyyə xanımın üstünə hücum çəkən şəxs G.Əhmədovanın bacısı Gülnar Quliyevadır. Onu sakitləşdirən isə G.Əhmədovanın digər qardaşı və onun həyat yoldaşıdır.

Tərəflər arasında söz atışması məhkəmə zalında baş verib. "Yeni Müsavat"ın yazdığına görə, ailə üzvləri G.Əhmədova ilə zalda söhbət edərək, təsəlli verməyə çalışıblar. Bu zaman zaldakı qadınlar arasında dava düşüb. G.Əhmədovanın bacısı Gülnar Quliyeva və İ.Mikayıloğlunun birinci həyat yoldaşı Zülfiyyə Bayramovanın zala gəlməsindən narazı olduqlarını bildirərək, "sən kimsən bura gəlirsən”, deyiblər. Tərəflər arasında ilk əlbəyaxa dava məhkəmə zalında yaşanıb. Qadınlar bir-birinin üzünü cırıblar. Buna G.Əhmədova da şahid olub.


Zaldan nəzarətçilərin vasitəsilə çıxarılan ailə üzvlərinin davası bayırda da davam edib. Həmin zaman Z.Bayramova həyat yoldaşı İ.Mikayıloğluna zəng edərək, onun birinci həyat yoldaşından və bacısından şikayətlənib. Davanın qızışmasına səbəb bu telefon zəngi olub. İ.Mikayıloğlunun kadrlarda görünən birinci həyat yoldaşının etirazı da məhz bu telefon zənginə görə olub.

Məhkəmə binasının qabağında davam edən dava nəticəsində G.Quliyevanın üzü qan içində qalıb. Z.Bayramova ilə bir-birinin üzlərini cırmaqlamaları hər ikisinin vəziyyətini pisləşdirib. Vəkil xanımın da üzü cırmaq yaraları ilə dolu olub”.

Həmin aralarda ATV-nin "Qanunla biz" verilişinin aparıcısı Zülfiyyə Bayramova xərçəng xəstəliyinə düçar olduğu və cərrahiyyə əməliyyatı keçirdiyi xəbəri də yayıld. Deyilənə görə, onun mədəsindəki şiş götürüldü. 2018-ci ildə isə Z.Bayramova sosial şəbəkədə məlumat yaydı: ""Allaha min şükür! Sən çox böyüksən, ya Rəbbim! 9 aylıq müharibənin sonu və mən qalibəm! Dua yazan əllərinizdən öpürəm, qarşınızda baş əyirəm. Hələ ki, sevincimdən söz tapa bilmirəm. Sizi sevirəm".

Məşhur hüquqşünas və aparıcı Zülfiyyə Bayramovadan yeni xəbər var. O, hər kəsin diqqətin çəkən paylaşım edib.

Adalet.az xəbər verir ki, aparıcı instaqram hesabında oğlu Nahidlə görüntülərini paylaşıb. Nahidin anasının saçını daraması yüksək qiymətləndirilib.

Zülfiyyə videonu paylaşaraq: "Balam hər axşam saçımı darayıb sonra yatmağa gedir. Allah bütün balaları saxlasın" şərhini yazıb.

Xatırladaq ki, Zülfiyyə Bayramova xərçəng xəstəliyindən əziyyət çəkir. Ona dəstək olmaq üçün müalicə müddətində övladları və həyat yoldaşı İlqar Mikayıloğlu saçlarını keçəl etdirmişdilər.

Əntiqə Rəşid