adalet.az header logo
  • Bakı 18°C
22 May 2020 10:40
27479
ŞOU-BİZNES
A- A+

Günay İbrahimlidən atmaca: "Ortalıqda artıq müğənnilər çoxdur"

Məşhur müğənni Günay İbrahimli "MTV Azərbaycan” telekanalında yayımlanan "Ulduzun vaxtı” şou proqramında qonaq olarkən maraqlı və bəzən qalmaqallara yol açacaq açıqlamalar edib:"Sənətçilər arasında dostum yoxdur. Həmkarlarımla münasibətim normaldır. Onlarla efirə çıxıram, tədbirlərdə görüşürük. Xətirlərini istəyirəm, hörmətlərini saxlayıram. Amma dostlarım bu sahədən deyil”.

Adalet.az xəbər verir ki, sənətçi iki Xalq artisti Aygün Kazımova və Röya Ayxanla münasibətlərindən söz açıb. O, hər iki müğənni ilə danışdığını və heç bir cəbhəyə daxil olmadığını dilə gətirib:"Onları biri-birindən ayırmıram. İkisi də gözəl sənətçidir. Onlarla münasibətim yaxşıdır. Nə Aygünlə, nə də Röya ilə heç bir problemim yoxdur”.

Günayın sözlərindən belə çıxıb ki, şou əhli arasında qruplaşma var. Amma özü heç bir qruplaşmada olmadığını və həmkarları ilə əvvəlki kimi yaxınlıq etmədiyini açıqlayıb:"Bir ara məni qruplaşmaya salmışdırlar(gülür). Bir daha ora daxil olmaram. Söz-söhbətdən kənar gəzirəm, ehtiyat edirəm. Problemli müğənni deyiləm. Həmkarlarımla yaxın olduqca, problemlərin sayı artır. Bir neçə il öncə sənət yoldaşlarımla yaxınlıq etdim, onlarla bir yerdə oturub, yeyib-içdim, dərdimi danışdım. Ertəsi gün söhbətlərimi başqa cür qələmə verdilər. Bunları görüb, qərara gəldim ki, hamıdan uzaqlaşım. Çəkilişlərim bitir, gedirəm evə. İstirahət zonam evimdir”.

Günay narahat olduğu bir məsələyə də toxunmadan keçməyib: "Instagram” çıxandan bəri hər şey maraqsız olub. Əlçatmaz heç kim və heç nə qalmayıb. Bu sosial şəbəkə yaranandan müğənnilərin və vizajistlərin sayı artıb.Bu sənətə çox çətin dönəmdə gəlmişəm. Sosial şəbəkələr bu qədər populyar deyildi. O zamanlar bir il ərzində iki mahnı təqdim edirdik. İndi isə hər ay mahnı lentə alırıq. Hərə özünə bir "YouTube” kanalı açıb, orada özünü reklam edir. Amma əvvəllər mahnımız bir ay radioda səsləndikdən sonraefirə çıxırdıq. Çox gözəl və maraqlı verilişlər var idi. Təəssüfolsun ki, indi çıxmağa veriliş tapmırıq. O dövrün sistemini daha çox sevirdim. Ortalıqda artıq müğənnilər çoxdur. Otuz yaxşı estrada ifaçısı var. Yerdə qalanlarımüğənni hesab etmirəm”.

İndi isə gözləyək, görək, "ortalıqda artıq müğənnilər” kimdir? Çünki, Inanınırıq, bu sözü üstünə götürən müğənnilər Günay İbrahimlini atmacalara qərq edəcəklər...Gözləyək!

Əntiqə Rəşid