adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 May 2020 10:44
27120
ELM VƏ TƏHSİL
A- A+

TOPs proqramı çərçivəsində videokonfrans

 TOPs layihəsinin rəhbər heyəti, proqram üzrə mütəxəssislər, həmçinin fiziki tərbiyə müəllimlərinin iştirakı ilə videokonfrans təşkil olunub.

Adalet.az bildirir ki, görüşdə koronavirus pandemiyasının yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə TOPs proqramının məhdud və məsafədən olmaqla fəaliyyətinin davam etdirilməsi imkanları müzakirə edilib.

Videokonfransda çıxış edənlər tərəfindən Təhsil Nazirliyinin təşəbbüsü ilə "Mədəniyyət” və "ARB Günəş” telekanallarında ölkənin ümumi təhsil müəssisələrinin şagirdləri üçün yayımlanan "Fiziki tərbiyə” dərslərinin TOPs metodikası üzrə təşkilinin səmərəliliyi vurğulanıb, ev şəraitində onlayn formatda təşkil olunan dərslərin şagirdlərin fiziki sağlamlığı üçün faydalı, onların aktivliyinin qorunması üçün əhəmiyyətli olduğu qeyd olunub. Həmçinin karantin dövründə şagirdlərin hərəkətsiz qalmamaları, onların idmana olan həvəslərinin artırılması istiqamətində zəruri tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Sonda mövcud vəziyyətlə əlaqədar Təhsil Nazirliyinin həyata keçirdiyi "Virtual məktəb" platforması üzərindən daha çox sayda fiziki tərbiyə müəllimləri tərəfindən dərslərin təşkili, inkluzivliyin nəzərə alınması, müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarının artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi qərara alınıb.