Əbülfət MƏDƏTOĞLU: KÜSGÜN ŞEİR
Kipriklərin ucunda
Gecəni ələyirəm...
Ulduzları gözümün -
Dibində bələyirəm...
Ahı düzüb ah üstə
Bir az asta, ahəstə...
Gecə, gündüz mən xəstə -
İçimdə mələyirəm...
Sozalır , daha səbir
Həsrətlə olub əlbir!
Vüsal da yola gəlımir -
Nə qədər təliyirəm!
Digər Xəbərlər
18 Mart 2024 12:58