adalet.az header logo
  • Bakı 19°C
20 May 2020 21:28
50905
KRİMİNAL
A- A+

Ərini bıçaqlayan qadından təəccübləndirən sözlər: “Özü istədi” - VİDEO

Ailədaxili münaqişə ilə bağlı çağırışa gedən polislər ünvana çatdıqları vaxt qapının yaxınlığında kürəyindən yaralanmışkişini görüblər. Onun arvadı tərəfindən bıçaqlandığı məlum olub.

"Hürriyet”in xəbərinə görə, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Rəcəb T. adlı şəxs dərhal təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Evdə gizlənən Fadime T. isə polislər tərəfindən saxlanılıb.

Qadının mediaya açıqlaması hər kəsi təəcübləndirib. Fadime T. ərinin onubu işə məcbur etdiyini deyib.

Məhkəmə önünə çıxarılan qadın sərbəst buraxılıb. Onun ərinin vəziyyəti qənaətbəxşdir.