adalet.az header logo
  • Bakı 18°C
20 May 2020 19:00
17444
DÜNYA
A- A+

Zelenski Poroşenkoya qarşı cinayət işinin başlanmasına münasibət bildirdi

Ukrayna Prezidenti Vladimir Zelenski keçmiş hökumət nümayəndələrini, o cümlədən keçmiş prezident Pyotr Poroşenkonu "çox müxtəlif sərgüzəştlər və cəzalar” gözlədiyinə inandığını deyib.

"İzvestiya” xəbər verir ki, Ukrayna başçısı bunu bu gün keçirilmişmətbuat konfransında bildirib.

"Poroşenkonun məsələsinə gəlincə, mən buna əminəm, hər şeyin hələ qabaqda olduğuna əminəm... Fikrimcə, ölkəni elə idarə ediblər ki, onları hələ çox fərqli sərgüzəştlər və hökmlər gözləyir”, - Zelenski qeyd edib.

Prezident deyib ki, bu barədə danışmaq istəmir, çünki "bu, onun yox, məhkəmənin səlahiyyətinə aiddir”.

Xatırladaq ki, Ukrayna Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Pyotr Poroşenkoya qarşı dövlətə xəyanət və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işinə başlayıb.