adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 May 2020 18:30
61286
HÜQUQ
A- A+

Gədəbəy və Samux rayonlarına prokuror təyin olundu

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə fərqlənən işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Babayev Əli İbrahim oğlu tutduğu vəzifədən azad olunaraq Gədəbəy rayon prokuroru, Samux rayon prokuroru vəzifəsini icra edən Hacıyev Mayıl Mehman oğlu isə həmin rayonun prokuroru vəzifələrinə təyin ediliblər.